İsfahanda 2 polis güllələndi: Bir zabit öldü, digəri yaralanıb

   İsfahanda 2 polis güllələndi:    Bir zabit öldü, digəri yaralanıb
  05 May 2023    Oxunub:1361
İranda polis əməkdaşı öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə İsfahan şəhərində baş verib və polis zabiti Mehdi Yəzdi öldürülüb, bir zabit isə yaralanıb.

"Bu barədə məlumat verən İsfahan polis idarəsinin rəisi polkovnik Məsud Toreyfi zabitin cinayətkarları təqib etdiyi zaman avtomobilin aşması nəticəsində öldüyünü deyib. Bir sıra media orqanları isə polis rəisinin iddiasının əksinə olaraq, Mehdi Yəzdinin silahlı qarşıdurma zamanı güllələndiyini bildirirlər", - paylaşımda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Polis  





Xəbər lenti