Netanyahu: "İran Şimali Koreyadan 50 dəfə çox təhlükəlidir"

      Netanyahu:    "İran Şimali Koreyadan 50 dəfə çox təhlükəlidir"
  05 May 2023    Oxunub:1363
İsrailin baş naziri Benyamin Netanyahu İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandiri İsmail Qaaninin "İsrailin məhv edilməsi zəruridir" açıqlamasına cavab verib.
"The Yerusalem Post" yazır ki, o, ABŞ Konqresinin hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə İran rejiminin Şimali Koreyadan 50 qat daha təhlükəli olduğunu vurğulayıb. Baş nazir bu rejimin bir atom bombası ilə kifayətlənməyəcəyini və 5-ni əldə etmək üçün kifayət qədər urana malik olduğunu deyib.

İran nüvə silahının bir addımlığında: Tezliklə gec ola bilər...
"İran İsraili kiçik şeytan, ABŞ-ı isə böyük şeytan hesab edən ideoloji qüvvədir və bütün Amerika şəhərlərini nüvə zərbələri ilə hədələyə bilsə, tarix dəyişəcək",- baş nazir xəbərdarlıq edib.

İsrailin müdafiə naziri Yoaf Qalant da Tehran təhlükəsindən söz açıb. O, yunan həmkarı ilə keçirdiyi görüşdə İranın 5 nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş 20-60% konsentrasiyalı urana malik olduğunu açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İsrail   Nüvə  





Xəbər lenti