Valideynlər uşaqlarını 150 min dollara satmaq istədilər

 Valideynlər uşaqlarını 150 min dollara satmaq istədilər
  05 May 2023    Oxunub:1142
İraqda iki uşağı 150 min ABŞ dollarına satılmasının qarşısı alınıb.
Bu barədə İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatı məlumat yayıb. Qeyd olunub ki, hadisə Anbar şəhərində baş verib. Məlum olub ki, bir qız və bir oğlanı 150 min ABŞ dollarına satmaq istəyənlər uşaqların valideynləridir.

Onlar cinayət başında yaxalanıblar. Faktla bağlı hazırda araşdırma aparılır.
Ilkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti