Simonyan Şentopla Türkiyə səmasının Ermənistan aviaşirkətlərinə bağlanmasını müzakirə edib

   Simonyan Şentopla Türkiyə səmasının Ermənistan aviaşirkətlərinə bağlanmasını müzakirə edib
  04 May 2023    Oxunub:1420
Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada türkiyəli həmkarı Mustafa Şentopla görüşüb, bir sıra əsas məsələləri, o cümlədən Türkiyənin hava məkanının Ermənistan aviaşirkətləri üçün bağlanmasını müzakirə edib.
AzVision.az xəbər verir ki, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Simonyan görüşdə hava nəqliyyatı məsələsinin müsbət həll olunacağına ümid etdiyini bildirib. Şentop cavabında qeyd edib ki, İrəvanda "Nemesis" memorialının açılışı Türkiyə tərəfi üçün ağrılı və həssas məsələdir.

Aprelin 29-da Ankara "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemesis” əməliyyatının qəhrəmanlarına abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti