Zəlzələdə 300 nəfər xəsarət alıb - YENİ
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda insanlar küçələrə axışıb, telefon şəbəkələri müəyyən müddətə sıradan çıxıb.
Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar .
Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Son məlumatlara görə, bir nəfər zəlzələdən həyəcan keçirərkən ürək tutmasından vəfat edib.
AzVision.az