Rusiyadan Ermənistana hərbi təklif

Rusiyadan Ermənistana hərbi təklif
  24 May 2014    Oxunub:1299
Ermənistanın müdafiə naziri Seyran Ohanyan, cümə günü rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir.

Görüş zamanı Şoyquç erməni həmkarına Rusiyanın əlavə hərbi məntəqələrin Ermənistanda yerləşdirilməsi ilə bağlı hökumətlərarası saziş imzalamağı təklif edib. Sazişə əsasən Rusiya Hərbi Hava Qüvvələrinin vertolyot eskadrilyası Ermənistanın Erebuni hava limanında yerləşdiriləcək.

İkitərəfli görüş zamanı tərəflər hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini də müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti