Azərbaycanın təmsilçiləri Peterburq sammitində

Azərbaycanın təmsilçiləri Peterburq sammitində
  24 May 2014    Oxunub:1055
Mayın 23-də 18-ci Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər” mövzusunda sessiya keçirilib. Sessiyada müxtəlif ölkələrin informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanı milli agentliklər səviyyəsində AzərTAc-ın Baş direktoru Aslan Aslanov təmsil edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və ölkəmizin diplomatik korpusunun nümayəndələri tədbirdə olublar.

Sessiyada hazırda qlobal informasiya şəbəkəsinin qarşılaşdığı əsas meyillər və çağırışlar müzakirə edilib. Müasir dünyada medianın rolu, hadisələrin obyektiv işıqlandırılması, informasiyanın dəqiqliyi, çağdaş jurnalistikada peşə etikasının əhəmiyyəti və başqa məsələlər diqqət mərkəzində olub.

Sessiya İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini, baş redaktor Mixail Qusman və Böyük Britaniyanın Press Association Agentliyinin Baş direktoru Klayv Marşalın moderatorluğu ilə keçib.

Çıxışlarda ilkin informasiyanın yayılmasında sosial medianın artmaqda olan rolu qeyd edilib. Məsələn, İTAR-TASS Agentliyinin baş direktoru qeyd edib ki, müasir dövrdə informasiyanın dəqiqliyi böyük əhəmiyyət kəsb edir. Buna görə də indi informasiya agentlikləri informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayırlar.


Teqlər:  





Xəbər lenti