Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum davam edir – CANLI YAYIM
Xəbər verdiyimiz kimi mayın 22-də Sankt-Peterburqda üç günlük Beynəlxalq İqtisadi Forum (PBİF) işə başlayıb.
18-ci Forumda Azərbaycan da daxil olmaqla, 60-dan çox dövlətin rəsmi nümayəndə heyətləri, dünyanın iri şirkətlərinin rəhbərləri, həmçinin işgüzar dairələrin 6500 nümayəndəsi iştirak edir.
Xatırladaq ki, tədbirin birinci günü dünya və Rusiya iqtisadiyyatının problemləri 37 sessiyada müzakirə edilib. Forumun işgüzar proqramı qlobal biznes liderləri sammitinin “Biznesin iqtisadi artıma töhfəsi: Çağırışlar və həll yolları” mövzusunda plenar sessiya ilə açılıb.
Bu gün isə “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusunda plenar iclas keçirilir. Hazırda Rusiya Prezidenti Vladimir Putin çıxış edir.
Bundan əlavə, mayın 23-də “Müasir media: Transformasiyanın qlobal meylləri və perspektivləri”nə həsr olunmuş sessiyada dünyanın aparıcı informasiya agentliklərinin əməkdaşları iştirak edəcək. Sessiyada Azərbaycanı AzərTAc və “Trend” informasiya agentliklərinin nümayəndələri təmsil edəcəklər.
Səbinə Həsənova
AzVision.az