Son bir gündə: 22 ölü, 30-dan çox yaralı

Son bir gündə: 22 ölü, 30-dan çox yaralı
  23 May 2014    Oxunub:846
Ukraynada son bir gündə keçirilən anti-terror əməliyyatları nəticəsində 20 separatçı öldürülüb.
AzVision.az-ın Ukrayna KİV-nən istinadən verdiyi məlumata görə, döyüşlər nəticəsində Ukrayna ordusu isə iki itki verib.

Əməliyyatların rəhbərlərindən biri Vladimir Seleznyov “Facebook” şəbəkəsində yaydığı məlumatda bildirib ki, ötən gün Ukrayna ordusu uğurlu əməliyyatlar həyata keçirib, separatçıların mühasirəni yarmaq cəhdlərinin qarşısı alınıb: “Döyüşlərdə 20 separatçı məhv edilib, 30-u yaralanıb. Təəssüflər olsun ki, Ukrayna ordusu da itkilər verib. Əməliyyatlar nəticəsində 2 hərbçi ölüb, 7-i yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti