Ən çox baxılan VİDEO – Şimali Koreyadan
Üç gün ərzində aram panın çəkdiyi videoya yarımmilyon adam baxıb. Fotoqrafa avtomobilinin üzərində kamera yerləşdirərək, şəhəri, onun görməli yerlərini çəkməyə icazə verilib. Arama şəhərdə tək gəzmək qadağan edilib.
Pan “Huffington Post” nəşrinə müsahibəsində bildirib ki, Şimali Koreyada video çəkməyə onun bu ölkənin qapalı olması ilhamlandırıb: “Şimali Koreya həmişə məni maraqlandırıb. Biz bu ölkə barədə çox az bilgiyə malikik. Bizə yalnız bu ölkədən çox az bir hissəni göstərirlər. Mən öz gördüklərimi digər şəxslərlə paylaşdığım üçün şadam”.
Eldar Tanrıverdiyev
AzVision.az