Ukraynada müşahidəçilərin sayı açıqlandı

Ukraynada müşahidəçilərin sayı açıqlandı
  23 May 2014    Oxunub:971
Ukraynada bazar günü keçiriləcək prezident seçkilərini 2784 beynəlxalq müşahidəçi izləyəcək.Bu barədə mayın 22-də Kiyevdə keçirilmiş mətbuat konfransında Ukrayna xarici işlər nazirinin müavini Andrey Olefilov məlumat verib.
O, qeyd edib ki, beynəlxalq nümayəndələr istənilən məntəqə, ərazi və ya dairə seçki komissiyasında səsvermədən əvvəl, səsvermə zamanı və ondan sonra seçkiləri müşahidə edə biləcəklər.

Ölkənin xarici siyasət idarəsi rəhbərinin müavini bunu da əlavə edib ki, Ukrayna nüfuzlu beynəlxalq təsisatlardan müşahidəçilər dəvət ediblər.

Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 2784 beynəlxalq müşahidəçidən 2502-si beynəlxalq təşkilatları, 282 nəfəri isə ayrı-ayrı ölkələri təmsil edir.

A.Olefirov seçkilərdə nə üçün MDB ölkələrindən müşahidəçilərin olmadığı barədə jurnalistlərin sualına cavab verərkən qeyd etmişdir ki, Ukrayna qanunvericiliyi istənilən xarici vətəndaşın, hətta beynəlxalq təşkilatın nümayəndəsi olmayan şəxsin seçkiləri izləməsinə imkan verir.

Xatırladırıq ki, Ukraynada prezident seçkilərinin birinci turu bu bazar - mayın 25-də keçiriləcək. Seçicilər dövlət başçısı vəzifəsinə 21 namizədə səs verə biləcəklər.



Teqlər:





Xəbər lenti