Sovet aktyoru 88 yaşında vəfat edib

Sovet aktyoru 88 yaşında vəfat edib
  27 Mart 2023    Oxunub:1611
Sovet və qırğız aktyoru, Qırğızıstan SSR xalq artisti Asankul Osmonov vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, məşhur sovet aktyoru martın 26-da 88 yaşında dünyasının dəyişib.
Osmanov 1935-ci il martın 1-də Narın rayonunun Min-Bulak kəndində anadan olub. O, 1954-cü ildə Karakol Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra Kuybışev adına kolxozda mühasib işləyib və daha sonra Sovet ordusunda xidmət edib. Aktyor Kiyevdə aviasiya texnikumunu bitirdikdən sonra təyyarə mexaniki də işləyib. 1958-ci ildən isə Qırğızıstan Akademik Dram Teatrının aktyoru olub.

O, 70-ci illərin sonlarında ekranda debüt edib. “Proses”, “Birinci”, “Diletant”, “Doğum naminə ölüm”, “Naməlum marşrut” və digər filmlərdə rol alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti