Fransız siyasətçi: "NATO-dan çıxmalıyıq"

      Fransız siyasətçi:    "NATO-dan çıxmalıyıq"
  17 Mart 2023    Oxunub:911
"ABŞ Avropanı yeni dünya müharibəsinə apardığı üçün Fransa NATO-dan çıxmalıdır".
AzVision.az xəbər verir ki, bu fikri Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo deyib.

Filippo Rusiya mediasına müsahibəsində qeyd edib ki, alyans ləğv edilməlidir. Çünki onun mövcudluğu üçün heç bir əsas yoxdur. O əlavə edib ki, Vaşinqton Avropa ölkələrindən Ukraynaya silah tədarükünü artırmağı tələb edir. Eyni zamanda, onun sözlərinə görə, bu siyasətə qarşı çıxan fransızların sayı hər gün artır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti