Polislə kütləvi davaya görə 5 erməni saxlanılıb

Polislə kütləvi davaya görə   5 erməni saxlanılıb
  16 Mart 2023    Oxunub:1096
Ermənistanda beş nəfər polis əməkdaşlarının fəaliyyətinə zorakılıqla müdaxilə etdiyinə görə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, martın 15-də Qeqarkunik rayonunun Artsvanist kəndi ərazisində patrul xidmətinin 3 əməkdaşı növbətçilik edən zaman sakinlərlə dava düşüb.

Qeyd edək ki, bu gün yerli media polislə kənd sakinləri arasında kütləvi dava düşməsi barədə məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti