Papikyandan məxfi əmr - "Artsax" ifadəsi XTQ-yə qadağa edildi

Papikyandan məxfi əmr -    "Artsax" ifadəsi XTQ-yə qadağa edildi
  16 Mart 2023    Oxunub:971
Ermənistanın məşhur “Hraparak” qəzeti maraqlı və diqqət çəkən məqalə dərc edib. AzVision.az xəbər verir ki, sayt nazirin orduya sərt qaydalar tətbiq edərək siyasi mövzuda qadağalar qoyduğunu, gizli əmr imzaladığını iddia edib.
“Dünən müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin bölmələrinə “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edən məxfi əmr verib.

Paşinyan- "Tezliklə sülhə dair cavabımızı Bakıya təqdim edəcəyik"
Nazirin xüsusi təyinatlı bölmələrə göndərdiyi yazılı sərəncamda deyilir ki, “Öz leksikonunuzdan “Artsax Respublikası” sözünü çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, nazirin məlum əmri istefada olan zabitlərin böyük narazılığına səbəb olsa da, bir çoxları kimi onlar da susmağa üstünlük verirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti