Ermənistanda polislə kənd sakinləri arasında kütləvi dava olub

 Ermənistanda polislə kənd sakinləri arasında  kütləvi dava olub
  16 Mart 2023    Oxunub:1149
Ermənistanın Qeqarkunik rayonunda polis patrulları ilə vətəndaşlar arasında kütləvi dava olub. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
Bildirilir ki, dünən saat 22:00 radələrində Daxili İşlər Nazirliyinin Polis-Patrul Xidmətinin “Qeqarkunik marz” batalyonunun 2-ci rotasının 2-ci tağımının patrul dəstələri Artsvanist inzibati rayonu ərazisində növbətçilik edərkən kənd yolundan keçən 28 yaşlı Narek A-nın təxribatı ilə üzləşiblər.

"Patrullar onun yanından keçəndə Narek A. onları söyüb. Özlərini təqdim edən polislər sakinin nə üçün onları təhqir etdiyini öyrənməyə çalışıblar. Bununla belə, o, sərt şəkildə mübahisə etməyə davam edib. Mübahisə qızışıb və patrullar onu həbs etməyə çalışıblar. Amma bu zaman Narekin atası, 53 yaşlı Valentin A. gəlib və o da söyüş söyməyə başlayıb, polislə əlbəyaxa davaya çıxıb. Bundan sonra Artsvanist sakinləri 27 yaşlı Narek E, 27 yaşlı Andranik A. və 25 yaşlı Karlen H. hadisə yerinə yaxınlaşaraq patrulla əlbəyaxa olublar. Onlardan bəziləri taqım komandiri Qrişa Q. və baş patrulçu Samvel S.-yə yumruq zərbələri endiriblər", nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti