Əri ilə dalaşıb evdən getdi, meyiti çayda tapıldı

   Əri ilə dalaşıb evdən getdi,    meyiti çayda tapıldı
  16 Mart 2023    Oxunub:847
Belçikanın Oupeye şəhərində bir ay əvvəl əri ilə mübahisə edərək 5 yaşlı oğlu ilə evdən çıxan 38 yaşlı Fatma Bayramın meyiti Hollandiya yaxınlığında tapılıb.
Qadının oğlu Nailin cəsədi ertəsi gün Maas çayından çıxarılıb. Uşağın boğularaq öldüyü müəyyən edilib.

Lyej Prokurorluğunun təlimatı ilə günlərdir davam edən axtarışların sonunda Fatma Bayramın cəsədi Hollandiyanın Maastrixt şəhəri yaxınlığında avtomobilini qoyub getdiyi limanın təxminən 15 kilometr şimalında tapılıb.

Belçika rəsmiləri hesab edir ki, Bayram oğlu ilə birlikdə suya tullandıqdan qısa müddət sonra ölüb və cəsədi Hollandiya sərhədinə axınla sürüklənib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti