Cənubi Koreya rezidenti KXDR-a xəbərdarlıq etdi

Cənubi Koreya rezidenti KXDR-a xəbərdarlıq etdi
  16 Mart 2023    Oxunub:680
Koreya Xalq Demokratik Respublikası (KXDR) Pxenyanın Sunan rayonundan bir uzaqmənzilli ballistik raket atıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb. Raket Yaponiyanın iqtisadi zonasından kənarda - Koreya yarımadasından təxminən 550 km şərqdə Yapon dənizinə düşüb.

Koreya Respublikasının Prezidenti Yun Sok Yol KXDR tərəfindən ballistik raket buraxılışından sonra keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında bildirib ki, raket təxribatı bu ölkə üçün pis nəticələrə səbəb olacaq.

Milli Təhlükəsizlik Şurasının üzvləri ballistik raketin buraxılmasını pisləyib, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirib, KXDR hakimiyyətini iqtisadi və ərzaq problemlərini həll etməyə çalışmaq əvəzinə, nüvə raket proqramını davam etdirməyə görə tənqid ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti