Qorbaçovun sürücüsü məşhur fırıldaqçı olub
![Qorbaçovun sürücüsü məşhur fırıldaqçı olub Qorbaçovun sürücüsü məşhur fırıldaqçı olub](https://azvision.az/photos/2023/03/swrwcw-1678868184.jpg)
Arqumenti.ru yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarətçinin təsvirinə görə həbs edilən Viktor Baranovun Sov.İKP Stavropol Vilayət Komitəsinin birinci katibi Mixail Qorbaçovun sürücüsü olduğunu biləndə çox təəccübləniblər.
Məlum olub ki, Qobaçovun sürücüsü uşaqlıqdan çoxyönlü istedadlara malik olub, çap və elektrokaplama ilə maraqlanıb. O, biliklərini praktikada tətbiq etmək qərarına gəlib, bunun üçün bir anbarda pul çap etmək üçün maşın yığıb. Baranov hazırladığı kağız pul, üzərindəki nişan və qoruyucu əslindən heç də fərqlənmirdi. O, isə bunundan qürurlanırdı.
"Qoznak" mütəxəssisləri cinayətkar ilə əməkdaşlıq edərək, incəliklərini öyrəniblər. Buna görə də sürücü güllələnərək öldürülmək cəzasından azad edilərək 12 illik islah düşərgəsinə göndərilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: