KİV: Taxıl müqaviləsi daha 60 gün uzadılacaq
![KİV: Taxıl müqaviləsi daha 60 gün uzadılacaq KİV: Taxıl müqaviləsi daha 60 gün uzadılacaq](https://azvision.az/photos/2023/03/c5a78b51-126a-3e98-bdd0-20baab1b53a4_850-1678782391.jpg)
O, həmçinin əlavə edib ki, Türkiyə və BMT taxıl müqaviləsi çərçivəsində Rusiya məhsullarının bazarlara çıxarılması üçün səylərini davam etdirir. Bu kontekstdə Moskva və Aİ ilə təmaslar da davam etdiriləcək.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: