Makqreqor: "Kiyevə görə siyasi və iqtisadi vəziyyətimiz sarsılır"

      Makqreqor:    "Kiyevə görə siyasi və iqtisadi vəziyyətimiz sarsılır"
  14 Mart 2023    Oxunub:959
"ABŞ-ın məhv edilməkdə olan Kiyev rejimini dəstəkləmək qabiliyyəti getdikcə azalır".
AzVision.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib. O, “The American Conservative” nəşrinə yazdığı məqalədə qeyd edib ki, ABŞ Ukrayna ərazisində Rusiya ilə proksi münaqişədə iştirak etməklə özünün siyasi və iqtisadi vəziyyətini sarsıdır.

"Bazar "titrəşimləri" ABŞ iqtisadiyyatında qaranlıq dönüşün baş verdiyini göstərir" -o qeyd edib.

Pentaqonun keçmiş müşaviri: "Münaqişə Rusiya əvəzinə NATO-ya zərbə vurdu"
Hərbi ekspert vurğulayıb ki, ABŞ-la Avropanın hərbi sənayesinin Ukraynanın sursat və texnikaya olan tələbatını ödəyə bilməyəcəyinə dair getdikcə daha çox siqnallar gəlir.

Polkovnik onu da vurğulayıb ki, Rusiya Ukraynada hərbi əməliyyatlara Zelenskinin müttəfiqlərindən, Qərb blokundan daha yaxşı hazırlaşıb. Onun fikrincə, Moskvanın hərbi məhvetmə strategiyası parlaq şəkildə işlədi. Ruslar minimal canlı qüvvə və resurslar itkisi ilə Ukrayna qoşunlarının müqavimətini uğurla yatırtdı. Eyni zamanda, müxtəlif hesablamalara görə, Ukrayna münaqişədə 150 ​​mindən 250 minə qədər əsgər itirib.

Bundan əlavə, Makqreqor yazıb ki, Rusiya Latın Amerikası, Afrika, Yaxın Şərq və Cənubi Asiyada məharətlə dəstək əldə edib. Anti-Rusiya sanksiyaları ABŞ və Avropanın iqtisadiyyatına ziyan vurdu. Sanksiyalar rublu beynəlxalq sistemdə ən güclü valyutalardan birinə çevirib.

Məqalədə o da qeyd olunub ki, ABŞ-ın Rusiyanı zəiflətməyə, təcrid etməyə, hətta məhv etməyə yönəlmiş hərbi strategiyası böyük uğursuzluğa düçar olub və bu, Vaşinqtonu həqiqətən təhlükəli yola yönəldir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Rusiya  





Xəbər lenti