Vardanyan dostunun evində gizlənir
“Biz məlumatı Armen Hakobcanyandan dəqiqləşdirməyə çalışdıq. O, yayılan informasiyaları nə təsdiq, nə də təkzib etdi. Armen Vardanyanla bağlı məsələlərə görə onunla şəxsən əlaqə saxlamağı məsləhət bildi. Bu informasiyada onun da adının hallandığını, "eks-nazirin" məhz dostunun evində gizləndiyini deyəndə isə Hakobjanyan yenə şərh verməkdən yayındı.
Ruben işdən çıxarıldıqdan sonra Qarabağdan getməyəcəyini bəyan etmişdi. Amma onun qaldığı məkan bəlli deyildi", - nəşr yazıb.
Vardanyan "vəzifə"də olmamışdan əvvəl "Park Hotel"də qalıb. Lakin sonradan qondarma rejimin bütün "dövlət müsabiqələri"nin qalibi, korrupsiya işlərində adı hallanan Arman Hakobcanyanla yaxınlaşıb. Nəticədə hazırda onun Xankəndidəki malikanəsinə sığınıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: