Global Times: Dünya müharibəsi yaxınlaşır

      Global Times:    Dünya müharibəsi yaxınlaşır
  13 Mart 2023    Oxunub:1043
“ABŞ-ın müdafiə büdcəsinin artırılması III Dünya müharibəsinə səbəb ola bilər”.
Bu barədə Global Times yazıb. “Dünyada müharibə riski nə qədər böyükdür? Cavab çox sadədir. Praktiki olaraq dəqiq nəticə çıxarmaq üçün ABŞ-ın hazırda silaha xərclədiyi məbləğə baxmaq lazımdır”, - məqalədə qeyd edir.

Qeyd olunub ki, Çin müdafiə mövqeyindədir, ABŞ isə aqressivdir: “2023-cü ildə ABŞ prezidenti Co Baydenin təsdiq etdiyi ABŞ-ın müdafiə büdcəsi Çinin müdafiə büdcəsindən dörd dəfə çoxdur. ABŞ büdcəsinin böyük bir hissəsi yeni hücum silahlarının və hərbi texnologiyaların yaradılmasına yönəldilib.

Amerika hərbi-sənaye kompleksi Birləşmiş Ştatların siyasətində əsas yerlərdən birini tutur, birbaşa buna görə hakimiyyət büdcəni öz vətəndaşlarının ehtiyaclarına deyil, müdafiə sektoruna xərcləməyə meyllidir”.

Nəşr vurğulayıb ki, “Uoll-strit”dən və Ağ Evdən olan “böyük bosslar” qlobal münaqişələrə daha çox pul qazanmaq yolu kimi baxırlar. Belə ki, 2023-cü ildə ABŞ müdafiəyə 842 milyard dollar ayırmağı planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti