Çin ABŞ-ın bazalarını vurmaq üçün hipersəs raketləri yerləşdirib

Çin ABŞ-ın bazalarını vurmaq üçün hipersəs raketləri yerləşdirib
  11 Mart 2023    Oxunub:1141
Çin hipersəs silahlarının hazırlanmasında mühüm irəliləyiş əldə edib.
AzVision.az xəbər verir ki, bu barədə "Blomberg" agentliyi məlumat yayıb. Nəşr Pekinin artıq Sakit okeandakı ABŞ bazalarını vurmağa qadir olan raketləri yerləşdirdiyini qeyd edib.

Pentaqonun Kəşfiyyat İdarəsi məlumat verib ki, ÇXR 2000-ci illərdən hipersəs raketlərinin yaradılması texnologiyasına intensiv və məqsədyönlü sərmayə qoyur. Bununla yanaşı, Çin 2014-cü ildən hipersəs sürüşmə başlığına malik qitələrarası ballistik raket hazırlayır.

Kəşfiyyat İdarəsinin analitik şöbəsinin baş alimi Paul Freistler, 2021-ci ilin yayında silahın dünyanın istənilən nöqtəsində hədəfi vura biləcəyini göstərib.

AzVision.az



Teqlər:





Xəbər lenti