İtaliyada Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

İtaliyada Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək
  11 Mart 2023    Oxunub:964
Aprelin 26-da italiyalı sahibkarların iştirakı ilə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb. İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma Ukraynanın yenidən qurulması səylərində aparıcı rol oynamaq niyyətindədir.

Qeyd olunub ki, Romada keçiriləcək aprel konfransının məqsədi Kiyev hakimiyyətinə İtaliya sistemindən gələn təkliflərin aydın və ətraflı təsvirini təqdim etməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti