Rusiya onları da xarici agentlər siyahısına saldı
![Rusiya onları da xarici agentlər siyahısına saldı Rusiya onları da xarici agentlər siyahısına saldı](https://azvision.az/photos/2023/03/1678472350054-1678476224.jpg)
Quryev həmçinin xarici agentlərin materiallarını yaratdığı və yaydığı, habelə xüsusi əməliyyat əleyhinə çıxış etdiyi üçün reyestrə düşüb.
Nazirliyin məlumatına görə, Ümumdünya Təbiət Fondu xarici mənbələrdən dəstək alıb və təbiəti qorumaq adı altında Rusiya hakimiyyətinin qərarlarına təsir göstərməyə çalışıb.
Siyahıya blogger Veranika Vodvud da daxildir. Bildirilir ki, o, açıq şəkildə Ukraynanı dəstəkləyib və xarici mənbələrdən vəsait alıb.
Jurnalist Daniil Qubarev və Azad Buryatiya Fondu da xarici agentlərin reyestrinə düşüb.
Yanvarın 19-da Rusiya Nazirlər Kabineti xarici agentlərin fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnaməni təsdiqləyib. Dövlət nəzarətini Ədliyyə Nazirliyi digər orqanlarla birlikdə həyata keçirəcək.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: