Lukaşenko İrana gedir

   Lukaşenko İrana gedir
  10 Mart 2023    Oxunub:1323
Belarus prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olacaq və həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq. Bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Lukaşenko həmçinin birinci vitse-prezident Məhəmməd Mhxbər, İslam Şurası Məclisinin sədri Məhəmməd-Bağir Qalibaf və İranın ali dini lideri Əli Xamenei ilə görüşlər keçirəcək.

Mətbuat xidmətinin məlumatına görə, Lukaşenko ilə Raisi arasında danışıqlar həm dar, həm də geniş tərkibdə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə keçiriləcək.

Bundan başqa, prezidentlər sənaye, kənd təsərrüfatı və digər sahələrdə layihələrin icrasına toxunacaqlar. Tərəflər həmçinin regionda və dünyada vəziyyətə xüsusi diqqət yetirəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti