İranda məktəblilərin zəhərləyən 5 qrup həbs edilib
![İranda məktəblilərin zəhərləyən 5 qrup həbs edilib İranda məktəblilərin zəhərləyən 5 qrup həbs edilib](https://azvision.az/photos/2023/03/Screenshot_20230310_161754_Chrome-1678450720.jpg)
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, cinayəti şəhər xəstəxanasının həkimi, onun qızı və üç sinif yoldaşı törədib. Onların hamısı həbs olunub.
"Məktəblərin içərisinə azot səpmişik. Hazırkı hakimiyyətə münasibətimiz mənfidir", - məhbuslardan biri deyib.
Həmçinin məlum olub ki, bir neçə ay əvvəl adı çəkilən beş şəxsdən üçü hökumət əleyhinə nümayişlər zamanı saxlanılıb.
Qeyd edək ki, daga əvvəl İranın beş vilayətində məktəbliləri zəhərləyən şəxslər saxlanıl
Xatırladaq ki, İranın 25 vilayətində 230 məktəbin ə5 mindən çox şahəgirdi zəhərlənib. Hakimiyyət ölkənin təhsil müəssisələrində baş verən kütləvi zəhərlənmə hallarını araşdırmaq üçün hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradıb.
İranın ali dini lideri Əli Xamneyi məktəbli qızların zəhərlənməsinin bağışlanmaz cinayət olduğunu deyərək, günahkarların ən ağır cəzalandırılmasını istəyib və onlara qarşı heç bir amnistiyanın olmayacağını vurğulayıb.
AzVision.az
Teqlər: