Finlandiya Ukraynaya humanitar yardım göndərəcək

Finlandiya Ukraynaya humanitar yardım göndərəcək
  10 Mart 2023    Oxunub:1055
Finlandiya Ukraynaya ümumilikdə 29 milyon avroluq humanitar yardım verəcək.
Bu barədə “Helsingin Sanomat” ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir. Qeyd olunub ki, hazırda çatdırılacaq yardımın 15 milyon avrosu humanitar yardıma, 14 milyon avro isə əməkdaşlığının dəstəklənməsinə yönəldiləcək.

“Böhranın ortasında insanlar yemək, sığınacaq və dərman almalı, uşaqlar məktəbə getməlidirlər. Eyni zamanda, biz Ukraynanı dəstəkləməliyik ki, o da müharibədən çıxa bilsin”-, məlumatda vurğulanır.

Daha 5 milyon avro isə BMT-nin Humanitar Yardımın Koordinasiyası İdarəsinin Ukrayna Fonduna gedəcək. Oradan ərzaq təhlükəsizliyi, tibbi xidmətlər və təcili yaşayış yerləri, eləcə də yerli yardım təşkilatlarının işi birbaşa maliyyələşdirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti