Avropa İttifaqı dəniz infrastrukturunun mühafizəsini gücləndirir

Avropa İttifaqı dəniz infrastrukturunun mühafizəsini gücləndirir
  10 Mart 2023    Oxunub:1289
Avropa İttifaqı kritik dəniz infrastrukturunu qorumaq və Rusiya casus gəmilərini ələ keçirmək üçün birgə patrul və təlimlərin keçirilməsi imkanını nəzərdən keçirir.
Bunu Avropa İttifaqının ətraf mühit və okeanlar üzrə komissarı Virqiniyus Sinkyaviçyus bəyan edib. Onun sözlərinə görə, dəniz strategiyasının yeni versiyası martın 10-da dərc olunacaq. Bu, Aİ-nin illik birgə dəniz təlimlərini və dənizdə patrulların intensivliyinin artırılmasını nəzərdə tutur:

“Şimal axını ilə baş verənlərdən sonra kritik dəniz infrastrukturunun və gəmilərin fiziki və kiber təhdidlərdən monitorinqini və mühafizəsini gücləndirməliyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti