İrəvanın vitse-merinin ofisində axtarış aparılır

   İrəvanın vitse-merinin ofisində axtarış aparılır
  10 Mart 2023    Oxunub:1172
Ermənistanın Milli Təhlükəsizlik Xidməti İrəvanın vitse-meri Gevorq Simonyanın ofisində axtarış aparır.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a paytaxt bələdiyyəsindəki mənbə məlumat verib.

Hadisənin təfərrüatları barədə məlumatlar verilməyib.

Xatırladaq ki, Simonyan 2022-ci ilin fevralında vitse-mer təyin edilib. O, 2018-ci ilə qədər özəl sektorda çalışıb, tibb mərkəzlərindən birinə rəhbərlik edib. 2018-ci ildən o vaxtkı səhiyyə naziri Arsen Torosyanın müşaviri olub. 2019-cu ildən 2020-ci ilin dekabrına qədər isə Milli Yanıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Həmin ildən 2022-ci ilin əvvəlinə qədər səhiyyə nazirinin müavini vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti