Zəlzələlər radioaktiv qazın səviyyəsini normadan 4 dəfə çox artırıb

Zəlzələlər radioaktiv qazın səviyyəsini normadan 4 dəfə çox artırıb
  10 Mart 2023    Oxunub:1878
Fevralın 6-da Türkiyədə baş vermiş fəlakətli zəlzələ və bir neçə min afterşokdan sonra Kahramanmaraşda havada radioaktiv və kanserogen radon qazının səviyyəsi normadan 4 dəfə çox yüksəlib.
AzVision.az xəbər verir ki, bunu Yıldız Texniki Universiteti və Kocaeli Universitetinin alimləri bəyan ediblər.

İki institutun mütəxəssisləri fevralın 9-dan 12-dək Elbistanda zəlzələnin episentri yaxınlığındakı Akpınar kəndində götürülmüş torpaq nümunələri üzərində araşdırma aparıblar.

Dosent Osman Günayın sözlərinə görə, oxşar hadisə 1999-cu ildə Kocaeli vilayətində baş verən zəlzələlərdən sonra da müşahidə olunub. Alim qeyd edib ki, bu qədər qazın havaya buraxılması xeyli sayda binanın uçması nəticəsində baş verib.

"Bizim ölçmələrimizdən belə qənaətə gəldik ki, Kahramanmaraşda radioaktivlik səviyyəsi 35-40 min bekkereldir. Bir nöqtədə isə hətta 43 min olub. Kocaelidə norma 10 min bekkereldir. Zəlzələdən bir il sonra radon səviyyəsi normallaşmalıdır", - Günay deyib.

Alim qeyd edib ki, indiki halda maska ​​taxmağa ehtiyac yoxdur. Lakin o, evlərin birinci mərtəbələrində yerləşən mənzilləri düzgün şəkildə havalandırmağı məsləhət görüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti