Gürcüstanda saxlanılan etirazçılar sərbəst buraxıldı
“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, - məlumatda deyilib.
Qeyd edək ki, etirazlar zamanı saxlanılan 132 nəfər sərbəst buraxılıb. Gürcüstanda artıq üçüncü gündür aksiya davam edir. Etirazlar paytaxt Tbilisi, Kutaisi və Batumidə keçirilir.
AzVision.az
Teqlər: