Finlandiya Rusiya ilə sərhədi bağladı: Sakinlər əziyyət çəkir

Finlandiya Rusiya ilə sərhədi bağladı:    Sakinlər əziyyət çəkir
  08 Mart 2023    Oxunub:801
Finlandiyanın “Yle” portalı “Şərq sərhədinin iztirabları” başlıqlı məqaləsində Rusiya ilə sərhədin bağlanması ilə əlaqədar ölkənin şərq hissəsi sakinlərinin problemlərindən bəhs edib.
Məlumata görə, yerli əhalinin Rusiya sərhədyanı əraziləri ilə əlaqələri onilliklər ərzində qurulub, sonra qəfil dağılıb. Qeyd olunub ki, hələ 1918-ci ildə Finlandiya müstəqil ölkə olanda sakinlər sərhədin bağlanmasına etiraz ediblər, çünki bu, biznes fəaliyyətinə mane olub.

İndi Finlandiyanın cənub-şərqində bir çox insan eyni problemlərlə üzləşir. Əvvəllər yerli əhali benzin və ya ərzaq üçün Vıborq və Svetloqorska gedə bilirdilərsə, indi onlar bu imkandan məhrumdurlar.

AzVision.az


Teqlər:





Xəbər lenti