Rusiya və BMT nümayəndələri Cenevrədə görüşəcək

   Rusiya və BMT nümayəndələri Cenevrədə görüşəcək
  07 Mart 2023    Oxunub:849
Rusiya nümayəndə heyəti və BMT nümayəndələri gələn həftə Cenevrədə görüşəcəklər. Bu barədə RİA Novosti-yə qurumdakı diplomatik mənbə məlumat verib.
"Gözləyirik ki, gələn həftə Rusiya nümayəndə heyəti Cenevrədə BMT nümayəndələri ilə görüşəcək", - agentliyin həmsöhbəti bildirib.

Böyük ehtimalla görüşdə Rusiya taxılının və gübrələrinin ixracı ilə bağlı müzakirələr aparılacaq.

Çərşənbə günü, martın 8-də BMT-nin baş katibi Antonio Quterres Vladimir Zelenski ilə Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması məsələsini müzakirə etmək üçün Kiyevə səfər edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti