Kim Yo Conq: "ABŞ-ın Şimali Koreyanın raketini vurması müharibə deməkdir"

      Kim Yo Conq:    "ABŞ-ın Şimali Koreyanın raketini vurması müharibə deməkdir"
  07 Mart 2023    Oxunub:875
ABŞ-ın Şimali Koreyanın Sakit Okeana sınaq buraxılışı zamanı qitələrarası raketini vurmaq cəhdi Pxenyan tərəfindən müharibə elanı kimi qəbul ediləcək.
AzVision.az xəbər verir ki, bu sözləri Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbərinin bacısı Kim Yo Conq deyib.

“Strateji silahlarımıza qarşı belə bir hərbi əməliyyat aparılarsa, bu, KXDR-ə qarşı açıq-aşkar müharibə elanı kimi qəbul ediləcək”, - Şimali Koreya sözçüsü bəyanatında bildirib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə Pxenyan hərbçilərinin hərəkətlərinin proseduru göstərilib.

Qeyd edək ki, fevral ayında ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Şimali Koreyanın qitələrarası ballistik raketinin Sakit okeana buraxılacağı təqdirdə Vaşinqtonun onu vuracağını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti