Avstraliya hökuməti İranla bağlı Azərbaycan icmasının müraciətinə cavab verdi
![Avstraliya hökuməti İranla bağlı Azərbaycan icmasının müraciətinə cavab verdi Avstraliya hökuməti İranla bağlı Azərbaycan icmasının müraciətinə cavab verdi](https://azvision.az/photos/2023/03/avstraliya-768x403-1678115014.jpg)
Diqqətə çatdırılıb ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.
Qeyd edilib ki, sanksiyalar hökumətin insanların hüquqlarının pozulmasına reaksiya vermək üçün istifadə edilə bilən tədbirlərdən yalnız biridir və Avstraliya hökuməti vəziyyəti, eləcə də digər mülahizələri diqqətlə qiymətləndirir.
İranda insan haqları ilə bağlı vəziyyətin Avstraliyanı çoxdan və ciddi şəkildə narahat etdiyinə, Avstraliya hökumətinin İranda etirazçıların edamını açıq şəkildə pislədiyinə, bütün edamların dərhal dayandırılmasına çağırdığına diqqət cəlb edilib.
“Hökumət İranda etnik və dini azlıqlara, qadınlara və qızlara qarşı rəftardan narahatdır. Biz bu yaxınlarda - BMT-nin İqtisadi və Sosial Şurasının 2022-ci il 14 dekabr tarixli iclasındakı milli bəyanatımızda bu narahatlığı açıq şəkildə bildirdik. Avstraliya hökuməti bundan sonra da məqsədyönlü və strateji olaraq insan hüquqlarının müdafiəsi məqsədilə rejimə təzyiq göstərməyə davam edəcək”, - deyə məktubda vurğulanıb.
AzVision.az
Teqlər: