Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxalifət liderlərindən ibarət “beşli masa” bu gün iclas keçirəcək. İclasdan sonra isə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözügedən namizədi elan edəcəyi gözlənilir.