İş adamının avtomobilini partlatmaq istədilər - VİDEO

İş adamının avtomobilini partlatmaq istədilər    - VİDEO
  06 Mart 2023    Oxunub:949
"Çarqrad" telekanalının təsisçisi, iş adamı Konstantin Malofeyevə qarşı sui-qəsdin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarəti altında işləyən Denis Kapustin adlı şəxs milyarderi öldürməyə cəhd edib. Qatilin 2022-ci ilin yayında Daria Duqinaya qarşı sui-qəsd zamanı istifadə edilən sxem üzrə hərəkət etmələri nəzərdə tutulub. Malofeyevin isə bəyan edib ki, hər şey qaydasındadır və o, bu sui-qəsd cəhdini mühafizəçilərindən öyrənib.


“Şükür Allaha, yaxşıyam. Xəsarət alan yoxdur. Ümid edirəm ki, Daşa Duqinanın qətlinə görə məsuliyyət daşıyanlar nəhayət ki, üzə çıxarılaraq həbs ediləcəklər”, - iş adamı Telegram kanalında yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti