Müharibə Ukraynada ekologiyaya 76 milyard dollar ziyan vurub
“Biz artıq itkiləri hesablamışıq. 3 trilyon qrivna ətraf mühitə dəyən ziyandır və torpaq, havanın çirklənməsi, yandırılmış meşələr, məhv edilmiş təbii sərvətlər bura daxildir”, – Streleç qeyd edib.
Onun sözlərinə görə, ötən ilin fevralından bəri ölkədə təxminən 3 milyon hektar meşə sahəsi zərər görüb ki, bu da Ukraynanın meşə ərazilərinin üçdə birini təşkil edir. 500 min hektar ərazi hazırda Rusiya Federasiyasının nəzarətində və ya müharibə zonasındadır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna