Welt: "Hər altıncı alman ev xərclərini ödəyə bilmir"

   Welt:    "Hər altıncı alman ev xərclərini ödəyə bilmir"
  06 Mart 2023    Oxunub:1082
Almaniyanın hər altıncı sakini inflyasiya səbəbindən ev xərclərini çətinliklə ödəyir.
AzVision.az xəbər verir ki, bu barədə "Welt" nəşri Postbank-ın sifarişi ilə aparılan araşdırmalara istinadən məlumat yayıb.

Araşdırmaya görə, 2022-ci ilin əvvəli ilə müqayisədə məişət xərclərini ödəməkdə çətinlik çəkənlərin sayı 54 faiz artıb.

Araşdırmaya görə, almanların 58 faizindən çoxu inflyasiya səbəbindən daha çox pul xərcləməyə başlayıb. Sorğuda iştirak edənlərin üç faizindən bir qədər çoxu qiymət artımını hiss etmədiklərini qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti