Sergey Şoyqu Mariupola gedib

   Sergey Şoyqu Mariupola gedib
  06 Mart 2023    Oxunub:714
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolda hərbi inşaatçıların işini yoxlayıb.
O, tikilməkdə olan və artıq istifadəyə verilmiş obyektlərin hazırlıq dərəcəsini də yoxlayıb. Səfərin nə vaxt baş verdiyini departament dəqiqləşdirməyib.

Şoyqu çoxfunksiyalı tibb mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsinə və 12 beşmərtəbəli yaşayış binasından ibarət yeni mikrorayonda olub.

Nazir Ukraynada hərbi əməliyyatlar zonasında olan qoşun qruplaşmalarının komandirləri ilə görüş keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti