"Çin ABŞ-ı indi də kranlarla izləyir" -The Wall Street Journal

   "Çin ABŞ-ı indi də kranlarla izləyir"   -The Wall Street Journal
  06 Mart 2023    Oxunub:947
ABŞ səlahiyyətliləri ölkənin dəniz limanlarında yerləşən və Çin istehsalı olan nəhəng kranların Pekin tərəfindən casusluq aləti kimi istifadə oluna biləcəyindən narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Nəşrə açıqlama verən rəsmmilər Çin istehsalçısı "ZPMC" tərəfindən hazırlanmış xüsusi liman kranlarını göz önündə gizlənən “Troya atı” ilə müqayisə edirlər.

ABŞ-Çin arasında ticarət həcmi 690,59 milyarda çatıb
“Nisbətən yaxşı istehsal edilməsi və ucuz qiymətə olmasına baxmayaraq, kranlar konteynerlərin mənşəyi və təyinat yerini qeydiyyatdan keçirə, izləyə bilən mürəkkəb sensorlara malikdir. Bu, Çinin ABŞ-ın dünyanın ayrı-ayrı nöqtələrindəki hərbi əməliyyatları dəstəkləmək üçün göndərdiyi materiallar haqqında məlumat toplaya biləcəyi ilə bağlı narahatlıq doğurur", - məqalədə yazılıb.

ABŞ əks-kəşfiyyatının keçmiş yüksək rütbəli rəsmisi Bill Evaninin sözlərinə görə, kranlar həm də yük axınını prosesini pozmaq istəyənlər üçün uzaqdan girişi təmin edə bilər.
O, qəzetə açqılamaslnda maraqlı müqayisə apararaq deyib ki, bu olay, yəni "kranlar yeni Huawei ola bilər"

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü WSJ-yə bildirib ki, ABŞ-ın kranlarla bağlı narahatlığı “paranoyya yaradır” və bu Pekinlə ticari-iqtisadi əməkdaşlığa mane olmaq cəhdidir.

“Çin kartı” oynamaq, “Çin təhlükəsi” nəzəriyyəsini yaymaq məsuliyyətsizlikdir və bu ABŞ-ın maraqlarına zərər verəcək”, – Çin səfirliyi bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   ABŞ   Kran  





Xəbər lenti