Ermənilərdən Türkiyə sərhəddində bayraq təxribatı - VİDEO

  Ermənilərdən Türkiyə sərhəddində bayraq təxribatı -  VİDEO
  06 Mart 2023    Oxunub:1907
Ermənistan-Türkiyə sərhədində, Şirak rayonunun Anipemza kəndində erməni bayrağının ucaldılması üçün xüsusi dirək quraşdırılıb.
AzVision.az xəbər verir ki, artıq ərazidə "bayraq ucaltma mərasimi" də keçirilib. Türkiyə ilə sərhədə bayraq sancılmasının təşəbbüskarı yeni yaradılmış "Vasn Hayrenyats" milli birlik hərəkatı olub. Hərəkatın üzvləri daha 9 rayonun sərhədyanı kəndlərindəki yüksəkliklərdə bayraq sancmağı planlaşdırdıqlarını bəyan ediblər.


“Vasn Hayrenyats” hərəkatı bəyan edib ki, bu aksiyanın məqsədi Ermənistan sərhədlərinin toxunulmazlığını simvolik olaraq dövlət bayrağı ilə təsvir edilməsidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sərhəd   Bayraq  





Xəbər lenti