Qeyd edək ki, Gürcüstan parlamentində "Xalqın gücü" sosial hərəkatını təmsil edən deputatların təşəbbüsü ilə "Xarici nüfuzun şəffaflığı haqqında" və ABŞ qanunlarının analoqu olan "Xarici agentlərin qeydiyyatı haqqında" qanun layihəsinə baxış keçirilir.
Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi “xarici agentlər” haqqında qanunun qəbul edilməsinin qəti əleyhinədir. Qeyri-hökumət təşkilatlarına və mediaya aid olan qanun layihəsində Gürcüstanda demokratiyaya təhlükə görürlər.
Şahanə Rəhimli
AzVision.az