Hill: "ABŞ Kiyevin Krımı qaytarmaq planlarını dəstəkləmir"

      Hill:    "ABŞ Kiyevin Krımı qaytarmaq planlarını dəstəkləmir"
  06 Mart 2023    Oxunub:717
ABŞ administrasiyasının rəsmiləri dəfələrlə Kiyevin Krımı ələ keçirmək cəhdlərini dəstəkləməkdən çəkiniblər. AzVision.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Qəzet yazır ki, Vaşinqtonun ehtiyac yarandıqca Kiyevə kömək edəcəyi barədə bəyanatlarına baxmayaraq, ABŞ Krımda “Ukraynanın ambisiyalarını tam dəstəkləmək istəmir”.

"Krım hərb və diplomatiya ilə qaytarılacaq" - Ukrayna kəşfiyyatı
Məqalədə deyilir ki, bu seçim Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumu üçün uzaqmənzilli raketlər və təyyarələr tələb etməsi ilə bağlıdır.

ABŞ-ın Avropadakı keçmiş kəşfiyyat zabiti Kris Çivvis mövzu ilə bağlı qəzetə açıqlamasında deyib ki, ABŞ-ın Krımla bağlı açıq deyil, dumanı düşüncələrə malikdir. Çünki bu mövzunu Rusiyaya təzyiq etmək üçün bir vasitə kimi görür.

Xatırladaq ki, bir neçə gün öncə Krıma kütləvi PUA hücumları baş tutmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti