“İvanişvili Gürcüstanı Putinə təhvil verir" - Saakaşvili

   “İvanişvili Gürcüstanı Putinə təhvil verir"    - Saakaşvili
  06 Mart 2023    Oxunub:930
Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” nəşrinə diqqət çəkən müsahibə verib. O, digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putindən də danışıb.
Saakaşvilinin sözlərinə görə ona qarşı cinayət təqibində Rusiya rəhbəri həlledici rol oynayıb.

Gürcü siyasətçi rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib. Amma bunun əsas səbəbi Rusiyanın ölkəsinə genişmiqyaslı hücumu olub.

Saakaşvilinin azadlığı ilə bağlı şikayət təmin edilmədi
“Onlar hətta İvanişviliyə (hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvili-red.) seçki kampaniyasını aparmaq üçün iki milyard dollar verdilər”, - keçmiş prezident həmin seçki kampaniyası öncəsi gürcü milyarderin Rusiyadakı bütün aktivlərini sata bildiyini xatırladıb.

“İvanişvili Gürcüstanı Putinə təhvil verir və mənim Zelenskiyə kömək etmək üçün Ukraynaya qayıtmağımı istəmir”, - eks-prezident bildirib. Saakaşvili Ukraynanın hazırkı prezidentini “müasir Çörçil” adlandırıb.

Müsahibəsində səhhəti ilə bağlı danışan Mixail Saakaşvili qeyd edib ki, 2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra o, 120 kiloqramdan 67 kiloqrama qədər arıqlayıb. Bundan əlavə, siyasətçi Qldani həbsxanasına məcburi köçürmə zamanı kəllə-beyin travması aldığını iddia edir.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin ittihamlarına hələ ki, reaksiya verməyib. Moskvadan da rəsmi şərh gəlməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Saakaşvili   Gürcüstan   Putin  





Xəbər lenti