Netanyahu İtaliyaya getmək üçün pilot tapmadı
![Netanyahu İtaliyaya getmək üçün pilot tapmadı Netanyahu İtaliyaya getmək üçün pilot tapmadı](https://azvision.az/photos/2023/03/1678086366.jpg)
Bildirilib ki, İsrailin milli hava yolu şirkəti "El Al" Netanyahunun bu həftə İtaliyaya rəsmi səfəri üçün növbətçi pilot və ya stüardessa tapa bilməyib. Buna görə səfəri reallaşdırmaq üçün başqa bir aviaşirkət çağırılıb.
Ölkənin nəqliyyat naziri Miri Regev "Arkia" və "İsrair" kimi digər hava yolları ilə də danışmağı planlaşdırır.
“The Jerusalem Post” bildirib ki, ölkədə hakim koalisiyanın təklif etdiyi məhkəmə islahatlarına qarşı böyük etirazlar baş verdiyi üçün milli aviaşirkət missiya üçün könüllü heç bir pilot və ya kabin heyəti üzvü tapa bilməyib.
"El Al" kadr problemini digər səbəblərlə yanaşı, baş nazirin tələb etdiyi "Boeing 777" təyyarəsini idarə etməyə səlahiyyətli pilotların olmaması ilə əlaqələndirib.
Mediada yayılan xəbərlərə görə, aviaşirkətin əməkdaşları hökumətin planlaşdırdığı məhkəmə islahatlarına qarşı olduqları üçün könüllü olmaq istəmirlər.
Qeyd edək ki, Netanyahunun cümə axşamı Romaya uçması, orada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşməsi və şənbə günü İsrailə qayıtması planlaşdırılır.
AzVision.az
Teqlər: