Yaponiyada quş qripi: 680 min toyuq məhv ediləcək

   Yaponiyada quş qripi:    680 min toyuq məhv ediləcək
  06 Mart 2023    Oxunub:887
Yaponiyanın Niiqata prefekturasında yeni quş qripi epidemiyasının yayılması səbəbindən 680 min toyuq məhv ediləcək.
Bu barədə Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi məlumat yayıb. “Quş ölümlərinin artması ilə bağlı araşdırma aparılıb. Testlər quş qripinə müsbət reaksiya göstərib. Bazar ertəsi genetik analiz yüksək patogen bir ştammın olduğunu təsdiqləyib. Bu, cari mövsümdə 78-ci haldır. 680 min toyuq məhv ediləcək”-deyə, nazirlik bildirib.

Martın 2-də Yaponiya hakimiyyət orqanları quş qripinin yayılması səbəbindən ilk dəfə olaraq 15 milyondan çox toyuğu məhv edib.


AzVision.az


Teqlər:





Xəbər lenti