Cənubi Koreya bir ildə 17 milyard dollarlıq silah satdı

Cənubi Koreya bir ildə 17 milyard dollarlıq silah satdı
  06 Mart 2023    Oxunub:810
Ötən il Cənubi Koreya silah ixracatını rekord həddə - 17,3 milyard dollara çatdırıb.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib.

Xüsusilə, 2022-ci ildə təkcə Polşaya 12,4 milyard dollara haubitsa, qırıcı və MLRS satılıb. 2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2,8 faiz payla səkkizinci yeri tutub.

2022-ci ildə Seul və Varşava iki ölkə tarixində rekord qıran və dəyəri təxminən 14,5 milyard dollarlıq silah müqaviləsi imzalayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti